Türkiyə Super Liqasının 29-cu turunda "Fənərbağça" səfərdə "Alanyaspor"la üz-üzə gəlib.

İlk hissədə sürətli hücumlarla yadda qalan İstanbul klubu 26-cı dəqiqədə istəyinə nail olub. Dieqo Rossi hesabı açıb. Fasilədən sonra azarkeşlər 6 qol izləyiblər. 50-ci dəqiqədə Mesul Özil fərqi iki topa çatdırıb. Çox keçmədən Tayfur Bingöl dubl edərək bərabərliyi təmin edib. Lakin "Alanyaspor"un gücü bundan artığına çatmayıb. Əvəzində "Fənərbağça" futbolçuları rəqib qapısını daha 3 dəfə silkələyiblər. 78-ci dəqiqədə komandanın 16 yaşlı futbolçusu Arda Gülər "Fənərbağça"da debüt qolunu vurub. 90-cı dəqiqədə Dimitrios Pelkas 4-cü qolun müəllifi olub. Oyunda son nöqtəni isə Mergim Berişa qoyub. Qeyd edək ki, bu qolun ötürməsini də Arda Gülər edib. "Alanyaspor" – "Fənərbağça" 2:5 "Kayserispor" – "Konyaspor" komandaları arasında keçirilən qarşılaşma da məhsuldar alınıb. İlk hissələrdən meydan sahibi Kayseri futbolçuları önə keçiblər. 7-ci dəqiqədə Abdülkadir Parmak, ardınca isə Mario Qavranoviç fərləniblər. 2:0. Lakin Kayserispor qələbə hesabını qoruya bilməyib. Qoldan sonra tam təşəbbüsə yiyələnən Konyaspor futbolçuları geri dönüş ediblər. İlk hissədə Gilerme penaltidən yararlanaraq fərqi azaldıb. Fasilədən sonra isə Sokol Çikalleşi dubl müəllifi olaraq Konyaspora qələbə qazandırıb -  "Kayserispor" - Konyaspor 2:3